16 aprel 2024 at 20:43
Jurnalist kodu: 5561
Xəbər kodu: 85447113
T T
0 Persons
Qəzzə sakinlərini öldürmək üçün İsrail hərbçilərinin çirkin hiyləsi

Qəzzədə cinayət sərhədlərini aşmış sionist rejim əsgərləri bu dəfə uşaq və qadınların ağlama səsini yayan pilotsuz təyyarələr vasitəsilə Qəzzə camaatını qətlə yetirməyə cəhd edir və bu yolla həmin insanları tələyə salırlar.

Avropa-Aralıq dənizi İnsan Haqlarına Nəzarət Mərkəzi çərşənbə axşamı hesabat dərc edərək, sionist rejimin mümkün qədər çox Qəzzə sakinini şəhid etmək üçün çirkin hiylələrinin yeni ölçülərini ifşa edib.

Hesabatda deyilir: “İsrail pilotsuz təyyarələri köməyə çağıran qadın və uşaqların səslərini yayır, bu yolla dinc insanları qorxutmaq, onları çölə çıxararaq öldürmək üçün istifadə edir. Bu, mənəviyyatdan uzaq və qeyri-insani bir hərəkətdir.”

Bu mərkəzin məlumatına görə, Əl-Nəsirat düşərgəsinin bir neçə sakini bildirib ki, son iki gecədə körpələrin ağlamaq səslərini və  qadınların fəryadını eşidiblər, lakin sonradan məlum oldu ki, onların eşitdikləri İsrail pilotsuz təyyarələri tərəfindən yayımlanan səs yazılarıdır.

Bu məlumata görə, düşərgə sakinləri bu səsləri eşidəndə həmin qadın və uşaqları tapmaq üçün oraya doğru hərəkət ediblər, amma onlar bu səsi axtararkən sionist əsgərlərin hədəfinə çevriliblər.
 

0 Persons

Sizin rəyiniz

You are replying to: .